Cihadçılar deportasiya edildi

Türkiyə Suriya müxalifəti dəstələrinin döyüşçülərinə hərbi təlim keçə və onları avadanlıqla təmin edə bilər.

ANS PRESS-in verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu türk sərhədi vasitəsilə Suriyaya girən xarici cihadçıların tutulması barədə Ankaranın ünvanına səsləndirilən ittihamları rədd edib.

Onun sözlərinə görə, Suriyaya getməyə çalışan 7 min insan saxlanılıb və deportasiya edilib.

O, həmçinin “İslam dövləti”nin maliyyə mənbəyi sayılan qanunsuz neft ticarəti ilə bağlı Ankaranın fəaliyyətsizliyi haqqında ittihamları da əsassız adlandırıb.

Xatırladaq ki, bu ilin oktyabrında ABŞ rəhbərliyi Türkiyə Suriya müxalifəti döyüşçülərinin hazırlığı ilə bağlı kömək etməyə razılıq verdiyini bildirib. Türk ordusunun “Kirsexir” hərbi bazasında 2 min üsyançıya təlim keçməlidir. …read more

From:: ANS