Milli qəhrəmanlar birliyinin sədri təltif edildi

Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanları Birliyinin üzvləri ilə görüş keçirilib.

Müdafiə nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanları Birliyinin üzvləri ilə görüş keçirilib.

Görüşdə birliyin sədri Mirbəşir Seyidzadə çıxış edərək kursantlara milli qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan danışıb.

Tədbirin sonunda Lisey rəisinin adından Azərbaycanın Milli Qəhrəmanları Birliyinin sədri M.Seyidzadə fəxri fərmanla təltif edilib. …read more

From:: ANS