Ana begomotdan cəsur hərəkət (FOTO)

Tanınmış fotoqraf Rian Van Şalkvik Afrikada maraqlı görüntülər çəkib.

ANS PRESS-in məlumatına görə, fotaqrafın Namibiyada bir ananın balasını xilas etmək üçün hər cür əziyyətə qatlana biləcəyini sübut edən hadisəni görüntüləyib.

Fotoqraf balasıyla gəzən begomotun hirsli fillə mübarizəsini kamerası ilə çəkməyi bacarıb. Şalkvik bildirib ki, qəzəbli fil birdən begomotların üzərinə hücum çəkib:

“Ana və balası sudan çıxar-çıxmaz bir fil ortaya çıxdı və onların üzərinə doğru getdi. Ana özünü fəda edərək filin altında əzilməyə razı oldu. Beləcə balaya qaçması üçün zaman qazandırdı”, – deyə Şalvik deyib.

Fotoqraf ana və bala begomotların sonda filin qəzəbindən xilas olduqlarını söyləyib.

…read more

From:: ANS