İŞİD-in gizli həbsxanası (FOTO)

İŞİD terror təşkilatının gizli həbsxanası aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Suriya televiziyası məlumat yayıb. Məlum olub ki, terror təşkilatı bu həbsxanada aralarında xarici jurnalistlərin də olduğu bir çox əsiri saxlayır.

İŞİD-in həbsxanaya çevirdiyi yerin Suriyanın Şeyx Nəccar şəhərində olan tərk edilmiş bir fabrik olduğu ehtimal edilir. Fotolarda olduqca qaranlıq olduğu görünən hücrələr əks olunub. Eyni zamanda, hücrələrdə yorğan, plastik su qabları və çirkli paltarlar da var.

Bir çox hücrə içəridən dəmir qapı ilə iki hissəyə ayrılıb. Əsirlərin saxlandığı kiçik otaqlar da diqqətdən qaçmayıb.

…read more

From:: ANS