Dünyanın ən yaxşı futbol stadionları (FOTO)

Dünyanın ən yaxşı futbol stadionlarının adları açıqlanıb.

ANS PRESS-in məlumatına görə, nüfuzlu idman saytı “Bleacher Report” araşdırmalar apararaq dünyanın ən yaxşı stadionunu müəyyən edib.

Hazırlanan siyahıda ilk pilləni Almaniyanın “Borussiya Dortmund” klubunun meydançası olan Siqnal İduna Park tutub. İkinci ən yaxşı stadion isə “Barselona”nın ev oyunlarını keçirdiyi Kamp Noudur.

İlk üçlüyü “Real Madrid”in Santiaqo Bernabeu stadionu tamamlayıb.

Braziliyanın və ümumilikdə dünyanın ən böyük stadionu olan Marakano siyahıda 4-cü, Meksiakanın Estadio Asteka stadionu isə 5-ci yerdə qərarlaşıb.

6. Allianz Arena (“Bavariya”)

7. La Bombonera (“Boka Cunyors”)

8. Vembley Stadium (İngiltərə)

9. Salt Lake Stadium (Hindistan, “Atletiko de Kolkata”)

10. Estadio Monumental Antonio Vespuçio Liberte (“River Pleyt”, Argentina)

…read more

From:: ANS