Adnan Oktarın makiyajsız “kediciy”i

Türkiyəli ilahiyyatçı və A9 telekanalının rəhbəri Adnan Oktarın “kedicik”ləri yenə mətbuatın diqqətini öz üzərinə çəkiblər.

ANS PRESS-in məlumatına görə, bu dəfə diqqət mərkəzində olan “kedicik” Sibel Yılmaztürk olub. O, öz makiyajsız görünüşü ilə insanların diqqətini cəlb edib.

İnternetdə yayılan videolardan birində Adnan Oktar öz “tələbə”ləri ilə söhbət edərkən Sibel Yılmaztürkü görüb. Yılmaztürk makiyajsız olduğunu deyəndə Adnan Oktar cavabında “sən makiyajsız da gözəlsən” deyib. Daha sonra isə “amma qələm çəkdiyində daha gözəl olursan”, – deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, Sibel Yılmaztürk cəmi bir neçə aydır ki, Adnan Oktarın “kedicik”lərinə qoşulub. Onu “Adnan Oktarın ələvi kediciyi” də adlandırırlar.

…read more

From:: ANS