Masallıda villa yandırıldı

Masallıda gecə 03-04 radələrində dəhşətli yanğın meydana gəlib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Masallı rayonunun Çayqırağı kənd sakini Şöhrətdin Məmmədova məxsus fərdi yaşayış evində güclü yanğın baş verib.

Ümumi sahəsi 380 kv. metr olan 2 mərtəbəli 8 otaqlı ev yanğın nəticəsində tamamilə yanaraq külə dönüb. Xoşbəxtlikdən yanğın baş verən zaman evdə heç kim olmayıb. Ev sahiblərinin hazırda Rusiyada yaşadığı bildirilir. Yanğının da məhz elə bunu bilən kimlərsə tərəfindən törədildiyi bildirilir.

Belə ki, evin həyətindəki çəpər evi yandırdığı ehtimal edilən şəxslər tərəfindən sökülüb, sonra evdə olan bahalı əşyalar oğurlanıb. Oğrular öz əməllərini gizlətmək və hadisinənin izini itirmək məqsədilə daha sonra evə od vurublar. Hadisə baş verənə qədər qaz xətti bağlı olub ki, qazın da həmin vaxt oğrular tərəfindən açıldığı qeyd edilir. Buna səbəb kimi onların qonşu evlərə də zərər vurmaq niyyətində olduqları göstərilir.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS