Yeni ildə əfv olacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ölkə prezidenti tərəfindən əfv ilə bağlı sərəncam imzalanacağı gözlənilir.

ANS PRESS-in məlumatına görə, bildirilir ki, əfv olunacaq şəxslərin son siyahısının dekabrın 23-də razılaşdırılacaq. Bu məsələlərin Birgə Qrupun iclasında müzakirə edilməsi və yekun siyahının dövlət başçısına göndərilməsi nəzərdə tutulur.

İnsan Hüquqları üzrə Birgə Qrupun təmsilçisi Novella Cəfəroğlu siyahıda kimlərin adlarının olacağı ilə bağlı heç nə deyə bilməyəcəyini söyləyib.

Xatırladaq ki, Birgə Qrupa Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sədrlik edir. Milli Məclisin komitə sədri Əli Hüseynli, vətəndaş cəmiyyətindən Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı, Eldar Zeynalov, Sahib Məmmədov, Novella Cəfəroğlu, Arzu Abdullayeva və Səadət Bənəniyarlı da qrupda təmsil olunurlar. …read more

From:: ANS