Əmrah Türkiyəni tərk etdi

Türkiyənin tanınmış müğənni Əmrah Ərdoğan ötən gün Türkiyəni tərk edib.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, müğənni ötən gün həyat yoldaşı Sibel Kirer və körpəsi Əlyəsa ilə Brüsselə gedib.
Yola düşmək üçün ötən gün səhər saat 06.00-da hava limanında olan müğənninin 30 çemodanı olub.

Əmrahın sadəcə gediş üçün bilet alması isə, “ölkəni birdəfəlik tərk edir?” sualını gündəmə gətirib.

Əmraha yaxın mənbələr bildirib ki, son çəkildiyi toyuqburqer reklamından sonra yaranan qalmaqallar və mətbuatda onun xəsis olması barədə çıxan xəbərlər müğənniyə pis təsir edib.

Məlumata görə Əmrah, “Dincliyim qalmadı. Bu xəbərlər məni əsəbləşdirir. Bəzən buralardan bir dəfəlik qaçıb getmək istəyirəm” – deyirmiş. …read more

From:: ANS