İŞİD-ə dəstək verən aktrisa

Suriyalı aktrisa terror dəstək verdiyi iddiası ilə həbs olunub.

ANS PRESS-in məlumatına görə, suriyalı aktrisa Samər Kukaş “terror dəstək vermək” suçundan 5 il müddətində həbs edilib.

Təxminən, bir il əvvəl polis tərəfindən saxlanılan və kəşfiyyat tərəfindən haqında araşdırmalar aparılan sənətçi “215” adlı nəzarət kamerasında saxlanılırdı. Aylarla davam edən izahatlardan sonra o, Dəməşqdəki həbsxanalardan birinə köçürülüb.

Haqqında 5 il həbs cəzası kəsilən sənətçinin hansı terror qruplaşmasına dəstək verməsi ilə bağlı xəbər yoxdur. Lakin bəzi gəzən söz-söhbətlərdən onun İŞİD və yaxud Anti-İŞİD qruplaşmalardan hansınasa yardım etdiyi ehtimal edilir.

Qeyd edək ki, aktrisa Yaxın Şərqdə məşhur olan “Alababid”, “Bacı” və “Avizə” kimi seriallarda rol alıb. Atası rejissor, anası isə özü kimi aktrisa olub. …read more

From:: ANS