“Türkvision” qalibimiz gürcü gözəllərini seçəcək

Azərbaycanın “Türkvision-2013” beynəlxalq musiqi müsabiqəsinin qalibi Fərid Həsənov münsif olacaq.

ANS PRESS-in məlumatına görə, gənc ifaçı dekabrın 23-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Miss & Mister New Star” gözəllik müsabiqəsinin münsif heyəti üzvü olacaq.

“Tbilisi Art Holl”da keçiriləcək tədbir “Rustavi 2” televiziyası ilə canlı yayımlanacaq. Ölkənin prestijli müsabiqələrindən sayılan, 11-ci yaşını qeyd edən müsabiqədə, həmçinin təşkilatçı Aqil Məmiyev də iştirak edəcək.

Fərid Həsənov müsabiqədə həm də xüsusi müğənni qonaq kimi çıxış edəcək.

…read more

From:: ANS