Azərbaycan şirkəti səhmlərini ABŞ-a satdı (YENİLƏNİB)

“SOCAR Turkey Enerji” və ABŞ-ın “Goldman Sachs” şirkəti Türkiyənin “Petkim” neft-kimya holdinqinə məxsus “Petlim Limancılık A.Ş.” şirkətində 30 faizlik payın satışına dair müqavilə imzalayıblar.

Sövdələşmənin dəyəri 250 milyon dollar təşkil edib.

Qeyd edək ki, daha əvvəl “Petlim Limancılık” şirkətinin səhmlərinin 25 faizinin özəlləşdirilməyə çıxarılması planlaşdırılırdı. Buna qədər “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” “Petkim”in səhmlərinin 10,32 faizini əldə edərək paylarını 61,32 faizədək artırmışdı. Səhmlərin 38,67 faizi isə İstanbul Fond Birjasında sərbəst tədavüldədir.

19:31
“Petkim” sahibi olduğu “Petlim Limancılık Ticaret A.Ş.” (“Petlim”) şirkətinin səhmlərinin 30 faizini ABŞ-ın “Goldman Sachs”a satacaq.

ANS PRESS Türkiyə mətbuatına istinadən məlumatına görə, şirkətin 30 faizlik səhmləri 250 milyon dollara satılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Petkim”-in səhm paketinin 61,32 faizinə sahibdir. …read more

From:: ANS