Jurnalistin telefonu baş naziri güldürdü (VİDEO)

Lüksemburqda baş nazirin keçirdiyi mətbuat konfransı zamanı gülməli hadisə yaşanıb.

ANS TV-nin məlumatına görə, ölkənin baş naziri Ksavye Bettel mətbuat konfransında çıxış edən zaman, müxbirlərdən birinin, nazirin səsyazısını əldə etmək üçün istifadə etdiyi telefonuna zəng gəlib.

Ttelefonun səsi konfransın gedişinə mane olduğu üçün nazir vəziyyətə özü müdaxilə etməli olub.

“Sizin yerinizə cavab vermək olarmı?”, deyə baş nazir telefonun sahibindən icazə alaraq cavab verib:

“O, indi məşğuldur. On dəqiqəyə yenidən zəng edin”.

Onun bu hərəkəti mediya nümayəndələri arasında gülüş doğurub.

…read more

From:: ANS