Türkiyədə nurçular bir şərtlə azad edildilər (VİDEO)

Dekabrın 14-də Türkiyədə həbsə alınan, içində media rəhbərləri də olan əməliyyatla bağlı məhkəmə son qərarını verdi. Saxlanılan 34 nəfərin 12-si bu günə qədər məhkəmədə qalmışdı. Bu gün onlardan da 8-i sərbəst buraxıldı. 4-ü barəsində isə hətta terror təşkilatına üzv olma maddəsilə cinayət işi başlandı.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, 12 nəfərin aqibəti barədə İstanbul Ədalət Sarayından dünən verilən açıqlamada qeyd edilirdi ki, bu gün saat 14:00 radələrində onların aqibəti barəda məlumat veriləcək:

“Və gözlənilən kimi də edildi. Bu gün həmin 12 nəfərin barəsində məhkəmə qərarları hər kəsə elan olundu. “Samanyolu” televiziyasının baş direktorunun da aralarında olduğu Hidayət Karaca və bundan başqa iki polis rəisinin də olduğu 4 nəfər barəsində həbs-qəti imkan tədbiri seçildi. Aralarında “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının da olduğu 8 nəfər isə bir şərtlə sərbəst buraxıldılar. Onlar daim polis nəzarəti altında tutulacaq, eləcə də “Ölkədən çıxmamaq” qadağası qoyuldu. Şərtlər əsasında sərbəst buraxılan 8 nəfər yaxınlıqda yerləşən polis bölməsinə gedərək sənədlərə imza atmaqla qeydiyyata düşdükdən sonra hələlik azadlığa qovuşacaqlar”.

Hazırda saxlanılanlar və həbs olunanlar barəsində terror qruplaşması qurma və terror quruplaşmasına dəstək olma səbəbi ilə günahlandırılırlar”.

“Samanyolu” televiziyasının baş direktoru Hidayət Karaça açıqlamasında deyib ki, məni kanalda çəkilən seriala görə təqsirləndirmək istədilər. Hansıki həmin filmdə “Tahşiyyəçilik”dən danışılıb. Karaca deyib ki, biz “Tahşiyyəçiliyi” yaymaq üçün Fətullah Güləndən tapşırıq almamışıq və direktor olaraq filmlərin sennarisinə qarışmıram. Filmə görə, mühakimə edilməsini isə gülünc adlandırıb.

…read more

From:: ANS