Ukraynalı Olimpiya çempionu Azərbaycan yığmasında (FOTO)

Suya tullanma üzrə məşhur Ukrayna idmançısı Aleksey Priqorov Azərbaycan yığmasına keçmək barədə qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri suya tullanma üzrə Ukrayna yığmasının baş bəşqçisi Tamara Tokmaçova verib.

Tokmaçovanın sözlərinə görə, Azərbaycanı 2016-cı il Olimpiadasında təmsil etmək üçün Priqorova Ukrayan federasiyasından xüsusi razılıq əldə etmək lazımdır. Tokmaçova özü idmançının bu qərarından razı olmasa da əldə heç nə olmadığını deyir: “Bizim bir sürü problemimiz var, sadəcə biz onları demirik, çalışırıq özümüz həll edək. Digər ölkələr də bundan istifadə edir. Bir çox idman növü üzrə idmançılarımız hazırda Ukraynanı tərk edir”, – deyə Tokmaçova şikayət edib.

Lakin məşqçinin şikayətinə baxmayaraq Priqorov Azərbaycan vətəndaşlığını qəbul edib və 2016-cı ildə ölkəmizi təmsil etməyə hazırlaşır.

Qeyd edək ki, Aleksey Priqorov 2008-ci ildə Pekin Olimpiadasının bürünc medalçısı, 2010-cu ildə isə 3 metrlik tramplindən sinxron tullanma üzrə Avropa çempionu olub.

…read more

From:: ANS