Pakistanda etirazlar: “Soyqırımı dayandırın” (VİDEO)

Hindistan və Pakistan arasında mübahisə obyekti olan Kəşmir bölgəsində yüzədək şəxs bir neçə gün əvvəl Pakistanın Peşəvər şəhərində hərbi məktəbə edilən və 148 nəfərin ölümü ilə nəticələnmiş hücuma etiraz olaraq aksiya keçirib.

ANS TV-nin məlumatına görə, qanlı geyimdə uşaqların ön sırada olduğu etiraz aksiyasi zamanı “Soyqırımı dayandırın”, “Lənətə gəlsin “Taliban” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları çox sayda uşağın ölümünə səbəb olan terroru pisləyərək, “Taliban”a qarşı sərt addımların atılmasını tələb edib.

…read more

From:: ANS