Minaya düşdü, cərimə ödədi

Ermənistan ordusunun keçmiş muzdlusu, 32 yaşlı Suren Qaboyan minaya düşərək ayağını itirdikdən sonra onun pulunu ödəməyə məcbur olub.

ANS PRESS-in məlumatına görə, “Haykakan jamanak” qəzetinə şikayət edən Suren Qaboyan bildirib ki, əlil olmasına baxmayaraq, o, 30 min dram, yəni təxminən 70 dollar ödəməli olub. Onu dövlət əmlakını xarab etməkdə günahlandırıblar.

Qəzetin məsələ ilə bağlı apardığı araşdırmaya Ermənistan Müdafiə Nazirliyindən cavab verməyiblər.

“Belə çıxır ki, hərbçi minaya düşüö, ayağını itirib və onu dövlət əmlakını, yəni minanı xarab etməyə görə cərimə ediblər”, – deyə qəzet vurğulayır. …read more

From:: ANS