ANS-in efirində qeyri-adi layihə (VİDEO)

Dedektiv əsərlərin müəllifi kimi bütün dünyada tanınan və sevilən Çingiz Abdullayev ANS televiziyasının efirində yeni layihədə, uşaqdan böyüyə hamının suallarını cavablandıracaq. “Universual” adlanan verilişdə yazıçı universal suallara özünəməxsus cavablar verəcək.

Ona sual ünvanlayanlar arasında şagirdlər də var, tanınmış simalar da.

Hətta ucqar bir kənddə təndir başında çörək bişirən evdar qadınların da sualları Çingiz Abdullayevi narahat eləmir.

25 dəqiqə ANS-in efirində tamaşaçıların zövqünü oxşayacaq bu layihədə hamı özünü görəcək. Hamını maraqlandıran və narahat edən məsələlərə aydınlıq gətiriləcək.

“Universual” layihəsinin rəhbəri Gülnarə Kərimova deyir ki, sözün əsl mənasında bu böyük yazıçıyla işləmək insana zövq verir. Ciddi göründüyü qədər səmimi, həlim insandır Çingiz Abdullayev. Həm də çox təvazökar insandır.

“Çingiz müəllim, hətta montaj prosesində də iştirak edir. Özü də hansı suallara cavab veribsə, bir də qulaq asır. Bu məsələləri də nəzərə alsaq həqiqətən də bu insan etalondu. “Universual”, yəni ki, sual ver sual, yəni ki, “universal” insana sual vermək”.

Hər verlişin sonunda növbəti “Univerusal” sualları da eşidəcəksiniz. Bundan əlavə Çingiz Abdullayevə hətta siz də sual verə biləcəksiniz. Bunun üçün isə sadəcə “Universual”ın Fecebook ünvanında qeydiyyatdan keçmək lazımdır.

“Universual” bu axşam saat 7-dən etibarən hər cümə ANS-in efirində olacaq.

…read more

From:: ANS