Qızğın döyüşlər başladı

İraqın şimalında kürd qoşunları İŞİD üzərində mühüm taktiki qələbə əldə ediblər.

ANS PRESS-in məlumatına görə, kürdlərin hərbi rəhbərliyinin yaydığı məlumata əsasən, kürd qüvvələri İŞİD-in avqustdan bəri mühasirədə saxladığı Sincar dağının mühasirəsini yara bilib.

Bölgədə şiddətli döyüşlər gedir. Həmin dağda İraqın İŞİD hücumundan qaçan minlərlə yezidi kürdü sığınacaq tapmışdı. Lakin İraq və Suriyanın geniş əraziləri İŞİD döyüşçülərinin nəzarətində hələ də qalmaqdadır.

Qeyd edək ki, dünən Pentaqon rəhbərliyi ABŞ aviasiyasının hava zərbələri nəticəsində İŞİD-in İraqda 3 səhra komandirinin məhv edildiyini bəyan edib.

Kürd qoşunlarının Sincar dağı ətrafında hücumu isə çərşənbə günü başlayıb. Hücuma havadan ABŞ hərbi aviasiyası dəstək verib.

Ümumi sayı 8 min olan kürd döyüşçüləri iki tərəfdən Sincar dağı istiqamətində hücuma keçərək, qaçqınların mühasirədən çıxması üçün dəhliz yaradıblar. …read more

From:: ANS