Türkiyə qələbə qazandı (VİDEO)

Bu gün Türkiyə milliləri yoхlama oyunu keçirib. ANS PRESS-in məlumatına görə, Fatih Terimin yetirmələri Qətərin qonağı olub.

İlk hissədə “ay-ulduzlular” hesabda geri düşsə də sonda 2:1 hesablı əzmkar qələbəyə sevinib. Görüşdə hesabı 26-cı dəqiqədə meydan sahiblərinin oyunçusu Əli Əssadalla açıb. 69-cu dəqiqədə Arda Turan hesabda bərabərliyi təmin edib. 72-ci dəqiqədə isə Cenk Tosun Ardanın ötürməsini qola çevirərək hesabı 2:1 edib.

Türkiyə millisi

Qardaş ölkə yığması növbəti yoldaşlıq oyununu noyabrın 17-də İstanbulda Yunanıstana qarşı keçirəcək. “Ay-ulduzlular” Yunanıstanla İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda qarşılaşacaq. İndiyədək Yunanıstan millisi ilə qarşılaşdığı 9 oyunun 6-da qalib gələn türklər, göruşlərin birində yunanlara uduzub daha iki matçı isə bərabər qalıb. Oyun Yunanıstan yığmasına yeni təyin olunan almaniyalı baş məşqçi Mixael Skibbe üçün millidə ilk sınaq olacaq.

…read more

From:: ANS