Ziya Məmmədov vətəndaşlarla görüşdə (FOTO)

Nəqliyyat naziri Ziya Məmmədov Xaçmaz rayonunda səfərdədir.

ANS PRESS-in məlumatına görə, nazir Xaçmaz rayon Diyarşünaslıq muzeyində vətəndaşları qəbul edib. Nazirin qəbuluna çoxlu sayda vətəndaş gəlib.

Ziya Məmmədov vətəndaşların yol infrastruktur problemlərini, şikayətlərini dinləyib və imkan daxilində onların həll olunacağını bildirib.

Qeyd edək ki, görüş hələ də davam edir. Qəbulda iştirak edən vətəndaşların dəqiq sayı və digər məlumatlar günorta saatlarında məlum olacaq.

…read more

From:: ANS