İşdən çıxarılan Əli Abbasov danışdı (YENİLƏNİB)

“Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar”.

ANS PRESS-in məlumatına görə, bunu virtualaz.org saytına eksklüziv açıqlamasında vəzifəsindən dünən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə əksər KİV-lər tərəfindən yayılan məlumatları da təkzib edib.

“Heç bir axtarış olmayıb” – deyə sabiq nazir bu məlumatlara qısa açıqlama ilə münasibət bildirib.

…18:42……

Dünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, sabiq nazirin istintaqı artıq 4 saatdan çoxdur davam edir.

Qeyd edək ki, Əli Abbasov istintaqa ilk dəfə deyil çağırılır. Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.

V.Zeynalovun özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Xəbər verdiyimiz kimi, Əli Abbasov bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi. / virtualaz.org

Eldar mahmudov – sabiq milli təhlükəsizlik naziri

ANS PRESS-in məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ötən gün vəzifəsindən azad edilib. Nazirin işdən çıxarılması ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Əli Abbasovun vəzifəsi isə sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib”. Bunu ANS PRESS-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib. Onun sözlərinə görə, Ə. Abbasovun bütün səlahiyyətləri İltimas Məmmədova tapşırılıb.

Hazırda nazir vəzifəsini icra edən İltimas Məmmədov 1963 Fevralın 10-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad …read more

From:: ANS