Azərbaycana Qarabağ xəyanəti

ATƏT-in Minsk Qrupunun həmsədrləri qrupun formatının dəyişiklik edilməsi barədə təklifləri tənqid ediblər.

ANS PRESS-in məlumatına görə, həmsədrlərin tənqidi onların yaydıqları bəyanatda öz əksini tapıb.

Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) bildirirlər ki, bu dəyişiklik Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında əldə olunan irəliləyişinə mane olacaq:

“Biz hesab edirik ki, Minsk Qrupunun vasitəçilik missiyası ilə əlaqədar xüsusi təcrübəsi var. Qrupun formatı bütün tərəflər üçün münasibdir. Danışıqların mərhələsini nəzərə alaraq, formatın və ya mexanizmləri dəyişdirmək cəhdləri danışıqların prosesini poza və nizama salınmanın irəliləyişinə mane ola bilər”, – deyə həmsədrlər bəyanatlarında bildirirlər.

Minsk Qrupunun formatının dəyişdirilməsindən narahat olan həmsədrlər 20 ildən çoxdur ki, münaqisənin həlli üçün çalışırlar. Amma bu müddət ərzində əsaslı bir sənədin imzalandığını və tərəflərin razı salınması üçün hər hansı addımların atıldığını söyləmək çətindir.

Bu illər ərazində həmsədrlər regiona yalnız səfərlər təşkil edib və təmsil etdikləri təşkilata standart hesabatlar verməklə kifayətləniblər. Həmsədrlərin təmas xətində təşkil etdikləri son monitorinqdə onların Ermənistan ordusu tərəfindən atəşə tutulması barədə xəbərlər yayıldı. Ceyms Uorlik, İqor Popov və Pyer Andrie erməni gülləsindən canını güclə qurtarsalar da monitorinqdən sonra verdikləri açıqlamada atəşkəsi pozan tərəfin adı qeyd olunmayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyidə monitorinqlə bağlı açıqlamasında atəşkəsi pozan tərəfin adının qeyd olunmamasının təəssüf doğurduğu bildirmişdi. Atəşkəsi hansı tərəfin pozduğunu açıqlamayan təşkilat üzvüləri indi Minsk Qrupunun formatının dəyişməsindən narahatdılar.

Həmsədrlərin təmas xəttində monitorinqi

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Millət vəkili Zahid Orucun sözlərinə görə, Minsk Qrupunun formatının dəyişdirilməsi Qarabağ münaqişəsi həll olunmadığı üçün təklif edilir.

“Heç kim bu təklifi etməklə həmsədr dövlətlərə qarşı qərəzli münasibət göstərmir. Zamanla bəlli oldu ki, Qarabağ ən böyük münaqişə zonası kimi həmin dövlətlərin aralarındakı problemlərdir. Bu münaqişə Ermənistan – Azərbaycan arasında münaqişədən daha çox Rusiya, Fransa və ABŞ-ın toqquşan mövqelərinin məkanına çevrilib. …read more

From:: ANS