İŞİD azərbaycanlıları bu yolla özünə cəlb edir

İŞİD-ə qoşulan Özbəkistan vətəndaşı 13 il müddətinə azadlıqdan məhrum edilib.

ANS PRESS-in məlumatına görə, Özbəkistan məhkəmə orqanlarının qərarı ilə Xarəzm vilayətinin sakini 23 yaşlı Məhəmməd Abdullayev Rusiya Federasiyasında yaşadığı vaxtlarda 2013-cü ilin iyun ayında qruplaşma fəallarından Nəriman Səfərov adlı biri ilə tanış olub.

Müəyyən qədər münasibətləri irəli götürən gənclər mütəmadi olaraq birlikdə məscidlərə gediblər. Lakin həmin ilin oktyabr ayında Nəriman Səfərov Məhəmmədə Suriyaya döyüşlərə getməyi və orada 500 dollar qazana biləcəyini deyib və gənclər Həştərxan- Bakı qatarı ilə Azərbaycana gəliblər. Bir gün sonra isə onlar Azərbaycandan Türkiyəyə gedərək, oradan İŞİD-ə qoşulublar.

Məhəmməd Abdullayev istintaqa ifadəsində İŞİD-in tərkibinə qoşulduğunu və ölən insanların cəsədlərini gördüyü zaman oradan qaçdığını bildirib. Əhməd adlı Azərbaycan vətəndaşı ilə İŞİD-in ərazilərindən qaçan şəxslər bir müddət Türkiyədə yaşayıblar. Daha sonra isə ölkəsinə qayıdarkən həbs edilib və istintaqa cəlb edilib.

Məhəmməd Abdullayevin pul qazanmaq üçün İŞİD-in tərkibinə qoşulması ona baha başa gəlib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ANS PRESS- ə açıqlamasında Azərbaycanda da həmin terror təşkilatına maddiyat qarşılığında qoşulanların olduğunu, ancaq bu rəqəmin digər ölkələrlə müqayisədə çox az olduğunu bildirdi:

“İŞİD islam dini ilə heç bir əlaqəsi olmayan bir təşkilatdır. O, Boko- Haram, Taliban kimi terror təşkilatının davamıdır. Terror təşkilatının təbliğatı daha çox sosial şəbəkər vasitəsi ilə həyata keçirilir. Bəzi işbazlar, Suriyaya gedərək adı çəkilən təşkilata Azərbaycandan insanlar cəlb edəcəkləri barədə vəd verib qarşılığında külli miqdarda pul alırlar. Sosial şəbəkələr vasitəsi isə insanları aldatma yollarına gəlincə isə təbliğatçılar bunu 3 cəlbedici təkliflə həyata keçirirlər:

“Bir qrup insana orada külli miqdarda pul qazana biləcəyini deyərək aldadırlar. Bu qruplaşmaya daha çox maddi imkanı aşağı olmayan insanlar cəlb edilir. İkinci qrup şəxslərə isə “uğur əsgərləri” olacaqlarını, Suriyada çoxlu qadınların olduğunu, həmin ərazilərə …read more

From:: ANS