Azərbaycanda böyük rüşvət qalmaqalı (VİDEO)

2001-ci il iyulun 28-də UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” – “Dinaburq” görüşü ilə bağlı yayılan video futbol ictimayətimizdə böyük rezanans yaradıb.

ANS PRESS-in məlumatına görə, video oyunu idarə edən azərbaycanlı hakimlər briqadasının rüşvət alması ilə bağlıdır.

Videoda dördüncü hakim funksiyasını yerinə yetirən Xəqani Məmmədov görüşün baş hakimi Asim Xuduyevə “qonaqlar heç-heçəyə 15 dənə verirlər” deyə səslənib.

“Bu videonun yayılması haqqında hələ 6 ay əvvəl məlumatlı idik. Anar Salmanov özü demişdi ki, şantaj edəcəm, Xaqani Məmmədovu ləkələmək üçün hər yola əl atacam”, – bu sözləri apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Komitə sədri isə bunun montaj olduğunu bildirib: “Bu, 14-15 il əvvəl olan bir şeydi. Mən həmin videoya heç baxmamışam, baxmaq da istəmirəm. Belə bir hadisənin olması heç yadıma düşmür. Bilirik ki, bu, Anar Salmanovun məhsuludur. Belə bir təklif var idisə, həmin komandanın qapısına niyə penalti təyin olundu? Üstəlik, qonaqlar o görüşdə məğlub olmuşdular. Əgər bizim onlara kömək etmək məqsədimiz olsaydı, komanda qələbə qazanardı da, uduzmazdı ki. Yəni, belə bir şey olmayıb. Bunu ustalıqla montaj ediblər. Çünki 6 ay əvvəl eşitmişdik ki, belə bir video hazırlanır”- deyə Məmmədov qeyd edib.

Xaqani Məmmədov – AFFA Hakimlər Komitəsinin sədri

Keçmiş FİFA dərəcəli hakim Babək Quliyev ANS PRESS-ə açıqlamasında Xəqani Məmmədovun yalan danışdığını və onun cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib.

“Xəqani Məmmədov Azərbaycanda futbol hakimliyinin kökünü kəsən insandır. Bunu həmişə demişəm, indi də fikrimdə qalıram. İmanxan Sultanini, Anar Salmanov, mənim və bir çox hakimlərin evini yıxıb. Bu UEFA kubokunun oyunudur. Azərbaycanın içində deyil ki, bunu gizlədəsən. Burada montajdan söhət belə gedə bilməz. Kadrları diqqətlə izləsəniz oyunu şərh edən aparıcının azərbaycanlı hakimlər öz aralarında danışır deyə pauza etdiyini eşidəcəksiniz. Nə qədər ki, Xaqani Məmmədov Hakimlər Komitəsinin başındadı, hakimlikdə inkişaf görməyəcəyik”, – deyə Babək Quliyev bildirib.

Babək Quliyev – Keçmiş FİFA dərəcəli hakim

Babək Quliyev görüşün baş hakimi Asim Xuduyevdə günah görmür: “Bu …read more

From:: ANS