Mətbuat konfransında özünü belə yandırdı (VİDEO, FOTO 18+)

Monqolustan telekanallarından birinin efirində həyəcanlı anlar yaşanıb.

ANS PRESS-in verdiyi məlumata görə, konfransda Həmkarlar ittifaqının başçısı televiziya kameraları qarşısında özünü yandırıb.

İctimai fəal ölkədə bürokratik əngəllərə görə bu addımı atmağa qərar verib. “Erdenes Tavantolqoy” şirkətinin həmkarlar ittifaqının başçısı monqol hakimiyyətinə etiraz əlaməti olaraq özünü yandırıb. Bu məqsədlə həmkarlar ittifaqının başçısı yerli KİV-in nümayəndələri üçün mətbuat konfransını keçirib.

Mətbuat konfransında o direktorlar şurasının qərarı nəticəsində müəssisənin özəlləşdirilməsi ilə işçilərin razılaşmadığını bildirib. Daha sonra qərara etiraz olaraq o, hamının qarşısında üstünə benzin tökərək özünü yandırıb. Zərər çəkən fəalı dərhal mətbuat konfransından xəstəxanaya aparıblar. Həkimlər onun güclü yanıqlar aldığını və vəziyyətinin olduqca ağır olduğunu bildirib.

Keçən il Hindistanda parlament seçkisi öncəsi buna oxşar qalmaqallı hadisə baş verib. Ölkənin Sultanpur şəhərində Doordarshan milli televiziyası şəhər parklarının birində birbaşa yayımla ölkədə keçirilən parlament seçkilərinə həsr olunmuş siyasi debat aparılarkən, şəhər sakini Kumar Sinq üzərinə benzin tökərək özünü yandırıb. Onun yaxınlığında olan Faudci adli tamaşaçi da ciddi zədə alıb. Polis Kumar Sinqin özünə etdiyi sui-qəsdin motiviini təyin edə bilməyib.

…read more

From:: ANS