Flora Kərimova ANS-in efirində etiraz etdi (VİDEO)

“Cəmiyyətin əlillərə inteqrasiyası” olmalıdır.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Deməsək olmaz” verilişinə qonaq olan məşhur estrada və opera müğənnisi, Azərbaycan Respublikasının xalq artist Flora Kərimova deyib.

Verlişin mövzusu “əlillərin cəmiyyətə inteqrasiyası” idi. Mövzu ilə bağlı fikirlərini bölüşən xalq artisti “əlil” sözünə qarşı çıxaraq insanın düşüncələrindən əlil olmamasını arzu edib:

“Mən “əlil” sözünün əleyhinəyəm. “Əlil” bizə bənzəməyən və bizim kimi olmayanlara demək olar. Sizlər yox, bizlər sizə möhtacıq. Siz bizi bağışlayın ki, taleyinizə belə bir yaşam düşüb”.

Gözdən əlil paralimpiyaçı İlham Zəkiyevlə xüsusi fəxr etdiyini deyən Flora Kərimova verilişdə duyğulu anlar yaşadı və onlara öz xeyir-duasını verdi:

Paralimpiyaçı İlham Zəkiyev

“Biz sizinlə fəxr edirik. Səs bu gün var, sabah yoxdur. Amma insanların sevgisi və sizin şücaətiniz daima yaşayacaq. Allah həmişə başınızın üstünüzdə olsun və ruzinizi versin. Xoşbəxt olun”.

Verlişdə gözdən əlil paralimpiyaçı İlham Zəkiyev və Nabrandakı istirahət mərkəzində ayağını itirən İmran Cəfərzadə də iştirak edirdi.

Qeyd edək ki, İlham Zəkiyev 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu və əməkdar idman ustasıdır. İlham Zəkiyev “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatları laureatıdır.

Xatırladaq ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. İmran Cəfərzadənin müalicəsi prezidentinin xüsusi göstərişi ilə Almaniyada müalicə alıb.

Balaca İmran verlişdə

…read more

From:: ANS