Sakinlər 10 kiloqrama yaxın narkotik tapdılar

Cəlilabadda yerli sakinlər 10 kiloqrama yaxın narkotik vasitə tapıblar.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, narkotik vasitələri Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işlərilə məşğul olarkən tapıblar.

Onlar tapdıqları 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana taparaq Dövlət Sərhəd Xidmətinin oradakı zastavasına təhvil veriblər.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılıb və toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS