Bakıda küçədən silah-sursat tapıldı

Bakı şəhərində küçədən silah-sursat tapılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat çevik polis alayı və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Azadlıq prospekti ev 188-in qarşısından 1 ədəd “Beretta” markalı tapança, 2 ədəd “RQD-5” qumbarası, 1 ədəd alışdırıcı, 2 ədəd işıqlandırıcı, 2 ədəd müxtəlif çaplı və 11 ədəd təlim patronu aşkar edilib.

Aşkarlanan silah və sursat aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS