“Qanlı Yanvar” filmi növbəti uğura imza atdı

Rejissor Vahid Mustafa Yevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi növbəti festivala hazırlaşır.

ANS PRESS-in məlumatına görə, “Qanlı Yanvar” Azərbaycanı bu dəfə daha bir nüfuzlu festivalda – Estoniyada təmsil edəcək.

Tallin film festivalının mətubat xidmətinin rəhbəri ANS TV-yə müsahibəsində deyib ki, Azərbaycanı təmsil edən “Qanlı Yanvar” bu ilki festivalda tarixi fakta əsaslanan 3 filmdən biridir.

“Ümumiyyətlə, istənilən filmin tarixi faktlara əsaslanması onun təsir gücünü daha da artırır. Builki 28 dünya premyerası arasında Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi də var. O, özü də festivalda iştirak edəcək. Biz onu səbrsizliklə gözləyirik. Çünki o, avropalı tamaşaçı üçün yeni eqzotik şəxsiyyəti təmsil edir. Filmin tarixi fakta əsaslaması, müəyyən bir mədəniyyəti təmsil etməsi bizim üçün yeni təcrübədir.” – deyə Festivalın mətbut katibi Hannes Aava bildirib.

Film festivalın ikinci günü noyabrın 15-də nümayiş etdiriləcək. Festivalda iştirak edən əməkdaşımızın sözlərinə görə, tamaşaçıların istəyi ilə film festivalda 27 və 28 noyabr tarixlərində də təkrar təqdim olunacaq.

Filmin Afişaları Tallin küçələrində

Estoniyanın paytaxtı Tallində 1997-ci ildən keçirilən Avropanın ən iri festivallarından olan “Black Nights” kinofestivalı Ümümdünya prodüserlər assosiyasi (FIAPF) tərəfindən akreditə olunub. FIAPF-ın akreditə etdiyi kinofestivallar sırasında Berlin, Kann, Moskva, Venesiya, Monreal, Qahirə, Tokio kimi nüfuzlu film festivalları var. Festival ənənəvi olaraq Tallində ABŞ-dan Asiyayadək müxtəlif ölkələrdən olan kino xadimlərini bir araya toplayır. Festivalın Prezidenti, dünya şöhrətli kinoşunas, Avropa Film Akademiyasının üzvü Tiina Lokkdur.

Bu il baş tutacaq 18-ci beynəlxalq festivala müxtəlif ölkələrdən 264 film dəvət alıb ki, onlardan da biri məhz “Qanlı Yanvar”dır. Film festivala dəvət alan yeganə Azərbaycan filmidir.

“Black Nights” film festivalı 2014-cü il

Ölkəmizin ən yeni tarixində baş verən hadisələri özündə əks etdirən film dünyanın ən nüfuzlu beynəlxalq film festivallarından olan Monreal və San Pauloda Azərbaycanı layiqincə təmsil edib.

Rejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələri ekranlaşdırdığı filmdə adi insanların qızıl ordunun tanklarının …read more

From:: ANS