Aİ-dən 33 milyon

Avropa Şurasının Brüssel ofisində Avropa İttifaqı (Aİ) ilə Avropa Şurası (AŞ) arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

ANS PRESS-in məlumatına görə, ümumi dəyəri 33.8 milyon avro olan saziş üçillik müddət üçün imzalanıb. Sazişin məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada demokratiya, hüquqi dövlət və insan hüquqlarının inkişafına dəstək verməkdir.

Sazişi AŞ baş katibinin müavini Qabriela Battaini-Draqoni və Avropa Komissiyasının nümayəndəsi Mikael Köhler imzalayıb və üçillik müddətin artırılacağını istisna etməyiblər. …read more

From:: ANS