Portuqaliyanın aviaşirkəti özəlləşir

Portuqaliya hökuməti “TAP” aviaşirkətini “Gateway” (Qeytuey) konsorsiumuna satmağa razılıq verib.

ANS PRESS-in məlumatına görə, şirkətin xarici borclarını ödəyə bilməməsi hökuməti belə bir addım atmağa vadar edib. Sövdələşmə baş tutacağı təqdirdə “TAP”ın 61 faizi “Gateway” tərəfindən mənimsəniləcək.

Lakin ölkə müxalifəti sövdələşmə barədə hökumətə xəbərdarlıq edib. Müxalifətçilər bildiriblər ki, parlamentdə mandat itirən hökumətin belə bir sənədə imza atmağa səlahiyyəti çatmır.

“TAP” şirkəti 38 ölkəyə həftə ərzində 2 mindən çox uçuş keçirir.

…read more

From:: ANS