Erməni ordusu benzinsiz qaldı

Serj Sarkisyanın dostu, “Qarabağ” klanının üzvü Barseq Bəyləryan Ermənistan ordusunu benzinsiz qoyub.

ANS PRESS-in məlumatına görə, Ermənistanın maliyyə sektorunda yaranmış təlatümlər üzündən Bəyləryana məxsus “Fleş” şirkəti orduya benzin satmaqdan imtina edib. Bu barədə İrəvanda çıxan “Joqovurd” qəzetinin son sayında bildirilir.

Qəzetin yazdığına görə, hərbi qurum şirkətə benzinin pulunu bir-iki ay qabaq ödəyib. Amma erməni dramı kəskin ucuzlaşdığına və benzin bahalaşdığına görə şirkət alış-verişi dayandırmaq istəyir.

Əslində, Barseq Bəyləryan dramın sabit vaxtlarında yaxın dostu, həmyerlisi Serj Sarkisyanın himayəsindən istifadə edərək ordunu təkbaşına təchiz etməklə pul qazanırdı. İndi isə yaranmış qiymət fərqindən daha böyük pullar qazanmaq üçün erməni ordusunu benzinsiz qoyur.

Yaranmış durum Ermənistanda hakim “Qarabağ” klanına nifrəti daha da artırıb. …read more

From:: ANS