Riqada qızıl payız səyahəti (FOTO)

Hər fəsilin gözəlliyi olduğu kimi payız ayının da öz gözəllikləri var.

Latviya dünyanın gözəl ölkələri sırasındadır. Latviyada yaşayanlar payızda bu yerlərin gözəlliyini görmək üçün məhz istirahətlərini hər il Riqada keçirirlər. Bununla yanaşı xarici turistlərdə hər il bu mənzərənin şahidi olmaq üçün Latviyanın paytaxtı Riqa şəhərinə gəlirlər.

Latviya Respublikasının 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belarusiya, cənubda Litva ilə həmsərhəddir.

Saralan yarpaqlarla şəhərdə sanki rəng ahəngi yaranır, xalq və turistlər parklara axın edir.

Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir.

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalıb.

Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir.

Payız aylarında həmin parkda qayıqlarla səyahət etmək özü insana zövq verir.

…read more

From:: ANS