Azərbaycanlı milyonçunun ata yurdundan fotolar

Son günlərdə maliyyə problemləri, dünyanın ən bahalı otelinin satılması ilə gündəmə gələn Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı AST Telman (Telman İsmayılovun) dünyaya göz açdığı Göyçay rayonundakı ata yurdu baxımsız vəziyyətdədir.

ANS PRESS əməkdaşları T.İsmayılovun ata yurdunda olarkən bunun şahidi olub. Qıfıl vurulan qapının onların ailəsinə məxsus olduğunu öyrənib yaxınlaşdıqda sadə və baxımsız, təmirə ehtiyacı olan bir evlə rastlaşdıq.

Qonşuların sözlərinə görə, Telman İsmayılov 1956-cı ildə məhz bu evdə dünyaya göz açıb. 12 uşaqlı ailənin 10-cu övladı olan AST Telmanın ailəsi uzun illər bu evdə yaşayıb. Təxminən 1963-1964-cü illərdə valideyinləri ilə Bakıya köçüb.

T.İsmayılovun bağlı qalan qapısı

İş adamının keçmiş qonşusu Rafiq Bayramov ANS PRESS-ə bildirib ki, biznesmenin atası Mərdan kişi həmin vaxtlar Göyçay bazarında parça mağazasında işləyib. Hələ o dövrdə imkanlı və çoxlu qızıla sahib olduğundan ona lələ ləqəbi verilib. Ailənin yaşadığı ev isə elə o illərdə rayon sakini Vidadi Babayevin ailəsi tərəfindən satın alınıb.

V.Babayevin sözlərinə görə, uzun illər sonra Telman İsmayılovla Bakı şəhərində təsadüfən görüşsə də məhşur biznesmen doğulduğu evin məhz onun tərəfindən satın alındığını sonradan öyrənib.

T. İsmayılovun ata yurdu

Milyonçu iş adamının qardaşlarından ikisi dünyadan köçüb. Qardaşları ilə bərabər atası Mərdan kişi və anası Pəri xanımın məzarları da Moskvadadır. Digər bacı və qardaşları da Moskva ətrafı vilayətlərdə yaşayırlar. Məhşur biznesmenin həyat yoldaşı isə Quba rayonundandır. Onların Ələkbər və Sərxan adlı iki övladı var.

Dünyanın ən gözəl və lük otelini tikdirən və bir neçə gün öncəyə kimi 1 milyarddan artıq qiyməti olan otelə sahib olan AST Telmanın ata yurdunun mövcud vəziyyəti isə bizi təəccübləndirdi.

T.İsmayılovun ata yurdunun qapısı önü

Xatırladaq ki, Telman Mərdan oğlu İsmayılov Azərbaycan əsilli rusiyalı iş adamıdır. 1973-1976-cı illər ərzində o, Azərbaycanın Xalq-Təsərrüfatı institutunda (hazırkı İqtisadiyyat Universiteti) təhsil alır. Orduda xidmət etdikdən sonra isə təhsilini Moskva …read more

From:: ANS