Məşhur müğənninin atası onu tanımadı (FOTO)

Mardi Şeyklford qısa bir zamanda mətbuatın və “İnstagram”ın ulduzuna çevrilib.

ANS PRESS-in məlumatına görə, Mardi Şeyklford xarici görünüşcə dünyaca məşhur müğənni Mayli Sayrusa bənzəyir. Mardi “İnstaqram” hesabında Mayli Sayrus kimi açıq-saçıq və sevimli heyvanları ilə şəkil çəkdirərək paylaşır.

Mayli Sayrusun konsert zamanı atası Billi Sayrus hətta qızını səhv salıb. Mardi ifaçının atası ilə şəkil çəkərək sosial şəbəkədə paylaşıb və hər kəsin marağına səbəb olub.

Mardi Şeyklford və Billi Sayrus

Mardinin sözlətinə görə, müğənniyə bənzəməsi onu 14 yaşından populyarlıq qazandırıb.

“Mən ofisiant işləyirdim və hər dəfə yaxınlaşıb mənə deyirdilər ki, “nəcə də siz oxşayırsız”
Mayli Sayrusla bənzərliyi Mardiyə gəlir gətirib. O, “Oxşarların şousu”na qatılaraq 2.5 min dollar qazanıb.

Mardi Şeyklfordın “Instaqram” səhifəsi

Lakin qız deyir ki, ona öz özünəməxsusluğunu qoruyub saxlamaq vacibdir.

Dünyada bir çox məşhur ulduzların oxşarı var. “Real Madrid”in hücumçusu Kriştianu Ronaldunun oxşarı türkdür. ABŞ prezidenti Barak Obamanın oxşarı isə həmyerlimiz Asif Mustafayevdir.

Leonardo Di Kaprionun oxşarı İsveç vətəndaşı Konrad Annerud qısa bir zamanda mətbuatın və “İnstagram”ın ulduzuna çevrilib.Konrad Annerud özü isə bu məşhurluqdan əziyyət çəkdiyini söyləyir: “Məni küçədə “Leo” çağırmaqları çox zaman əsəblərimə toxunur. Bir tərəfdən də xoşdur. Axı Leo yaraşıqlı oğlandır.”

Konrad Annerud-Leonardo Di Kaprionun oxşarı …read more

From:: ANS