Hakimi vuran azərbaycanlı idmançı cəzalandırıldı (VİDEO)

Azərbaycanın futzal üzrə milli komandasının keçmiş üzvü, hazırda “Viraj” klubunun şərəfini qoruyan Sərxan Mikayılov hakimi vurduğuna görə 2 illik diskvalifikasiya olunub.

ANS PRESS-in məlumatına görə, diskvalifikasiyadan əlavə o 50 min rubl (təqribən 820 manat) cərimə də ödəməli olacaq.

Mini-futbol üzrə Azərbaycan yığmasının sabiq-oyunçusu “Kurqanla” birinci tur matçı zamanı hakimi vurub.

Oktyabrın 31-də Kurqanda keçirilən oyun 6:1 hesabla meydan sahiblərinin qələbəsiylə başa çatıb. Mikayılov oyun epizodlarından birində hakimin ona qarşı cərimə zərbəsi təyin etməməsi səbəbindən hakimi vurub.

Azərbaycanlı futzalçı rəqiblə top uğrunda mübarizədə iki dəfə yerdə qalsa da hakim Mikayılovun özünün qaydaları pozduğu qənaətinə gəlib. Belə qərarla razılaşmayan “Viraj” futbolçusu topu hakimin sifətinə tulladığı üçün qırmızı kartı alıb.

Əsəblərinə hakim olmayan Mikayılov meydandan qovulmasından sonra hakimə yumruq zərbəsi vuraraq onu nokdauna salıb.

…read more

From:: ANS