“Əlibaba” rekord qırdı

On-line ticarət nəhəngi olan “Əlibaba” Çinin Subaylar Günü bayramında öz əvvəlki satış rekordlarını qırıb. ANS PRESS-in məlumatına görə, 24-saat ərzində saytda alış-veriş həcmi 57.1 milyard yuan, yəni 8.9 milyard dolları ötüb. “Əlibaba” rəsmilərinin məlumatına görə, gecə satışı başlayar-başlamaz, ilk səkkiz dəqiqə ərzində kredit və debit kartlarla elektron sifariş həcmləri 1 milyard dollardan çox olub.

Çində Subaylar günü hər il noyabrın 11-də keçirilir və onlay satış saytları üçün yüksək qazanc mənbəyi sayılır. Subaylar günündə Çinin pərakəndə satış saytlarında orta hesabla hər dəqiqədə 120 mindən çox tranzaksiya gerçəkləşir. …read more

From:: ANS