Azərbaycanda kanalizasiyaya atılan pullar

Bakıda yağış üçün nəzərdə tutulan borular demək olar ki, işləmir.

ANS PRESS-in məlumatına görə, noyabrın 7-sən 10-a qədər intensiv yağan yağışlar nəticəsində Bakının bir çox yerlərində olan aktiv sürüşmə zonalarında çatlar, genişlənmələr müşahidə olunur. Bundan başqa, yağış nəticəsində bir çox şəhər və rayonlarda evlər,avtomobillər, mağazalara böyük ziyan dəyib.

Ümumiyyətlə, payız mövsümünün başlaması ilə əlaqədar olaraq, belə hallara tez-tez rast gəlinəcəyi istisna deyil. Çünki yağışların küçələrdə sel halını alması kanalizasiya sistemlərinin işləməməsindən və ya yağış barmaqlıqlarının təmizlənmədiyindən bir daha xəbər verir.

Ziya Bünyadov prospektinin yağışdan sonrakı vəziyyəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyində vətəndaş şurasının sədri Telman Zeynalov deyir ki, şəhər böyüyüb, yeni binalar tikilib, lakin yeraltı kommunikasiya sistemləri isə köhnə qalıb: “Ona görə də, bir ayın norması iki saat ərzində yağırsa, sözsüz, heç bir sistem bunu ötürə bilmir. Bu səbəbdən də hər yerdə gölməçələr əmələ gəlir. Bundan başqa, atılan zibillər kanalizasiya sistemində toplanır, yağış yağanda, həmin suyun qarşısını alır”, – deyə ekoloq bildirdi.

Büdcədən kanalizasiya sisteminə ayrılan vəsaitin həcminə də toxunan Telman Zeynalov bu sahədə nəzarətin olmadığını deyir: “Əgər bu sahəyə hər hansı bir məbləğ ayrılıbsa, bu işlə məşğul olan qurumlar lazımi tədbirlər yerinə yetirməlidirlər. Hər il eyni vəziyyət bu sahədə nəzarətin zəif olduğunu göstərir. Son günlər yağan güclü yağış, əslində, heç bir problemin həll olunmadığını bir daha sübut etdi”.

Telman Zeynalov – Ekologiya və Təbii Sərvətlər Nazirliyində vətəndaş şurasının sədri

Ekspert onu da qeyd etdi ki, payız-qış-yaz aylarında yağan yağış sularından ekoloji baxımdan da istifadə mümkündür. Bunun üçün sular duruldulur, anbarlaşdırılır, yayda, quraqlıq zamanı kənd təsərrüfatında istifadə olunur.

“Bu il yayın quraq keçməsi, suyun olmamasına, ərzaq məhsulların az yetişməsinə səbəb oldu ki, nəticədə qiymətlər də maxsimuma qalxdı. Əgər payız-qış-yaz aylarında yağan yağış və qarı yığıb anbarlaşdırsaydılar, bu cür hallara da rast gəlinməzdi!”, – deyə sədr əlavə etdi.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, …read more

From:: ANS