Döyüş helikopterlərimiz havaya qaldırıldı (FOTO)

Döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə baş tutub.

Döyüş atışlı təlimlərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.
Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

Döyüş atışlı təlimlər – 11.11.2015

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.
Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Müdafiə naziri Zakir Həsənov təlimlərdə iştirak edib. …read more

From:: ANS