26 yaşlı gənc qəfildən öldü

Gəncədə küçədə naməlum kişi meyiti tapılıb.

Gəncə Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə hadisə şəhərin Atatürk prospektində- Gəncə Apellasiya Məhkəməsinin qarşısında qeydə alınıb. Naməlum şəxs yolla gedərkən qəfildən yıxılıb və dünyasını dəyişib. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və aparılan araşdırmalar nəticəsində ölən şəxsin Gədəbəy şəhər sakini, 1989-cu il təvəllüdlü Şövqü Ədalət oğlu Məmmədov olduğu müəyyən edilib.

Prokurorluqdan ölən şəxsin xəstə olduğunu və xəstəlik səbəbindən dünyasını dəyişdiyini bildirdilər.

Hadisə şahidləri isə ANS PRESS-ə mərhumun məhkəmədə iştirak etmək üçün Gədəbəy rayonundan gəldiyini bildiriblər.

Meyit ekspertiza üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. …read more

From:: ANS