“Azəryol” 1/8 finalda (FOTO)

“Azəryol” voleybol klubu Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun 1/16 final mərhələsinin cavab oyunu çərçivəsində Rumıniyanın “Tarqoviste” klubu ilə qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, oyun Azərbaycan Voleybol Mərkəzində baş tutub.

İlk set qonaqların üstünlüyü ilə keçsə də setin tamamında oyunu xeyrinə dəyişməyi bacaran “Azəryol”çular seti 25:23 hesabı ilə aktivinə yazdırıblar. İkinci hissə isə başa baş mübarizə şəraitində keçib və hissənin sonunda sevinən tərəf Bakı klubu olub. ( 25:23). Üçüncü seti də “Azəryol” qalib bitirib ( 25:17).

“Azəryol” ilk oyunda 0:3 hesabı ilə məğlub olduğundan növbəti mərhələyə yüksələcək klubun adına “qızıl setdə” aydınlıq gəlib. Burada isə rəqibini 15:13 hesabı ilə məyus edən “Azəryol” klubu oyunu qalib bitirərək, 1/8 final mərhələsinə yüksəlməyi bacarıb.

“Azəryol” klubunun qələbə sevinci …read more

From:: ANS