Toqquşan avtobusda yaralanan tələbələrin adları bilindi (SİYAHI)

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisində iki avtobusun toqquşması nəticəsində yaralanan tələbələrin adları bəlli olub.

Universitetin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəzaya düşən tələbələr “Aqronomluq” fakültəsinin “Torpaqşünaslıq və Aqrokimya” ixtisasının Qəbələ rayonundan “intensiv bağçılıq üzrə təcrübə”dən qayıdan tələbələri olub.
Hadisə vaxtı xəsarət alan tələbələr aşağıdakılardır:

Adəm Mirzəyev
Vüqar İsmayılzadə
Musayev Nəbi – 1996, Bakı
Qurbanov Taleh – 1996, Şəki
Həmidli Həmid – 1992, Zərdab
Bəhrəmiyyə Nərgiz – 1996, Bərdə
Babakişiyev Toğrul – 1995, Gəncə
Alməmmədova Fərqanə – 1990, Ağstafa
Paşayeva Könül – 1994, Gəncə
Əhmədova Mahizər – 1995, Gəncə
Qocayeva Zeynəb – 1996, Qax
Seyidov Seyidəziz -1996, Şəki
Ağazadə Tofiq – 1995, Yardımlı

Onlardan Zeynəb Qocayeva və Mahizər Əhmədova hazırda gəncə şəhərindəki xəstəxanada müayinə edilirlər. Qalan tələbələr isə ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Hadisəyə səbəb isə “Mercedes” markalı avtobusun tələbələri daşıyan “Hundai”nin yoluna çıxması olub.

ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarında “Hundai” markalı avtbusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. “Hundai” markalı avtobusda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olub. Qəzada xəsarət alan 15 tələbə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Qəzanın səbəbləri də araşdırmalardan sonra məlum olacaq. …read more

From:: ANS