Obama homoseksualların jurnalının üz qabığında (FOTO)

ABŞ Prezidenti Barak Obamanın şəkli nüfuzlu “Out100” LGBT jurnalının üz qabığında yer alıb.

ANS PRESS-in məlumatına görə, Obama seksual azlıqlar jurnalının üz qabığına düşən ilk ABŞ prezidenti olub. Jurnal ABŞ prezidentini “İlin müttəfiqi” adlandırıb. Barak Obama bu şərəfə seksual azlıqların hüquqlarının əsas müdafiəçisi kimi düşüb.

Jurnal redaksiyası Obamanın vətəndaşların hüquqlarını bərabər təmin etdiyini xüsusi qeyd edib. Ən əsası isə redaksiya əməkdaşlarını prezidentin Ali məhkəmənin bütün ABŞ ərazisində eynicinslilərin nigahını qanuni hesab edilməsi haqda çıxardığı qanuna olan reaksiyası heyrətləndirib. Bu ilin iyununda qəbul edilən qanunu şərh edən Obama bunu Amerikanın böyük qələbəsi adlandırıb. “On illiliklər ərzində bizim bacı və qardaşlarımız öz hüquqları üçün mübarizə aparıblar”, – deyə Obama bildirib.

“Out100” jurnalının üz qabığı

Lakin prezidentin bu fikirləri ilə heç də hamı razı deyil. Ali məhkəmənin qərarının icrası hərdən çətinliklərlə müşahidə olunur. Eynicinslilərin nigahına qarşı çıxan Kentukkidən olan məmur Kim Devis bu cür nigahı qeydə almaqdansa mənkəmə qarşısına çıxmağı üstün tutub. Kimin sözlərinə görə onun xristian dininə məsubluğu ona eynicinslilərin nigah haqqında şəhadətnamələrini imzalamağa imkan vermir. Sentyabrın 3 işində yol verdiyi nöqsanlara və Ali məhkəmənin qərarını icra etmədiyi üçün həbs edilən Kim Devis sentyabr 8-i azadlığa buraxılıb.

Kim Devis – Cinsi azlıqların nigahını qeydə almaqdan imtina edən məmur …read more

From:: ANS