Amerikada təyyarə qəzası: ölənlər var (VİDEO)

Amerika Birləşmiş Ştatlarının Ohayo əyalətində ölümlə nəticələnən təyyarə qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə əyalətin Akron şəhərində, “Hawker-25” tipli kiçik sərnişin təyyarəsi enmək istədiyi zaman baş verib. Təyyarə “Fulton” hava limanında enmək üçün alçaldığı vaxt naməlum səbəbdən yaşayış massivində yerə çaxılıb. Qəza nəticəsində yanmağa başlayan təyyarədə olan 2 nəfər dünyasını dəyişib. Qəzanın baş verdiyi yerdə isə ölən və xəsarət alan olmadığı bildirilir.

Oktyabrın 31-də Misirin turistik Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan sərnişin təyyarəsi Sinay yarmadısının üzsərində qəzaya uğramışdı. Qəza zamanı təyyarədə olan 224 nəfərin hamısı ölmüşdü.

…read more

From:: ANS