Teerrorçular fəallaşdı: 3 şəhid

Türkiyədə kürdlərin kompakt yaşadığı Şırnak vilayətində 3 polisin ölümü ilə nəticələnən növbəti terror hadisəsi baş verib. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, vilayətin Silopi rayonunda reyd keçiriən zirehli polis avtomobili PKK terrorçularının silahlı hücumuna məruz qalıb. Hücum nəticəsində avtomobildə olan 4 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralı polislər dərhal Silopi dövlət xəstəxanasına çatdırılıblar. Həkimlərin göstərdiyi səylərə baxmayaraq onlardan 3-nün həyatını xilas etmək mümkün olmayıb. 1 polisin vəziyyəti isə ağır olaraq qalmaqdadır.

Terror hadisəsindən sonra bölgəyə çox sayda polis və təhlükəsizlik qüvvəsi əməkdaşı cəlb olunub. Hazırda hadisəni törədən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir. …read more

From:: ANS