İspan klubu başsız qaldı

Son zamanlar uğursuz çıхış edən “Real Sosyedad” klubu baş məşqçisi David Moyeslə yollarını ayırıb.

ANS PRESS-in məlumatına görə, ispanlar təcrübəli məşqçini uğursuzluqda əsas günahkar hesab edib.

İspaniya La Liqasının XI turunda səfərdə “Las Palmas”a 0:2 hesabı ilə uduzduqdan sonra rəhbərlik Moyeslə yollarını ayırıb. Hazırda “Real Sosyedad” 9 хalla 16-cı pillədə qərarlaşıb. “Real Sosyedad”ın sukanı arxasına 1-ci liqada “Selta” və “Barselona B” komandalarını çalışdırmış Eusebio Sakristanın gətiriləcəyi gözlənilir.

“Real Sosyedad” klubu

Məşqçi karyerasına “Preston”da başlayan David Moyes 2002-2013-cü illərdə “Everton”u çalışdırıb. Daha sonra 52 yaşlı şotland mütəхəssis daha titullu və məşhur klubun sükanı arxasına keçib. Moyes əfsanəvi Aleks Ferqyusondan sonra “Mançester Yunayted”in baş məşqçisi olub. 2013-2014-cü illərdə “qırmızı şeytan”ları çalışdıran Moyes uğursuzluq səbəbindən ingilislər tərəfindən istefaya göndərilib.

Bu mövsüm İspaniya çempionatında “Levante”, “Qranada” və “Las Palmas” klublarıda uğursuzluğa görə baş məşqçilərini istefaya göndərib. …read more

From:: ANS