Arıqlamağın ən asan yolu (FOTO)

Cəmiyyətdə demək olar ki, çox insanlar artıq çəkidən əziyyət çəkir və bundan daha asan və səmərəli yolla azad olmaq istəyir. Bunun üçün də sağlam qida və sağlam idman etmək lazımdır.

Xüsusilə yaz aylarında yediyimiz qidaların kalorisindən aldığımız artıq çəkilərdən xilas olmaq üçün ən asan yoldan istifadə edərək artıq çəkidən azad ola bilərsiniz. Velosipeddən istifadə edərək sürətli bir şəkildə artıq çəkidən azad ola bilərsiniz. Orta bir sürətlə (20-23 km) yol qət etdikdə yarım saatda ortalama 235 kaloridən qurtula bilərsiniz.

1. Hər gün müəyyən bir saatınızı velosiped sürməyə ayırın.

2. İşə ya da məktəbə velosipedlə gedib gələ bilərsiniz. Əgər həftə ərzində velosipedə minib yediklərinizə də diqqət etsəniz həftədə yarım kiloqram arıqlaya bilərsiniz.

3. Bir başqa variantdə ailənizlə, ya da bir neçə yoldaşınızla həftədə bir neçə gün velosiped turları təşkil edə bilərsiniz. Bu turları bir neçə saata çatdırsanız və sağlam qidalar seçim etsəniz həftədə 1 kq-a qədər arıqlaya bilərsiniz.

4. Dostlarınızı ziyarətə, ya da market, bank kimi digər yerlərə gedərkən velosipeddən istifadə etməyə çalışın.

Velosiped gəzintisi bol kalori yandırmanızı və kilo itirmənizi təmin edəcək. Ayrıca sizə artıq çəki atmağınız belə əyləncəli ola biləcəyini öyrədəcək.

Maddələr mübadilənizi zəiflətməyin

Həftədə ortalama yarım kq arıqlamaq ideal çəki atmaq deməkdir. Uzun müddətli ac qalma diyetaları ilə müvəffəqiyyət əldə etmək qeyri-mümkündür.

Əgər həftədə yarım kilodan çox arıqlasanız, özünüzü ac saxlayırsınız deməkdir və bədəniniz buna dərhal reaksiya verəcək. Maddələr mübadilənizi yavaşladaraq bu səbəbdən də əzələ itkiləri yaşayaacaqsınız.

Artıq çəkidən azad olmağın ən yaxşı yolu, nizamlı olaraq məşq etmək və sağlam qidalar qəbul etmək lazımdır.

Qida və əzələ əlaqəsi

Bunu unutmayın, yeməklər bədəninizin yanacağıdır. Bədəninizə daha sağlam şəkildə qulluq etmək üçün taxıl, meyvə və tərəvəzlər, yağsız ət və süd məhsullarıından istifadə edin.

…read more

From:: ANS