MTN-in daha 4 əməkdaşı həbs edildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 4 əməkdaşı həbs edilib.

ANS PRESS-in məlumatına görə, APA-nın əldə etdiyi xəbərdə bildirilir ki, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.

ANS PRESS xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.

Bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.

Akif Çovdarov – vəzifəsindən kənarlaşdırılan MTN generalı

Sabiq milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra MTN-də həbslər başladı. Bir müddət əvvəl milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov vəzifəsindən azad edilib.

Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.

“MTN işi” ilə əlaqədar demək olar ki, gər gün həbslər həyata keçirlir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəli olub.

Həmçinin oxuyun: Peşəkarlar MTN-ə qaytarılır

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.

Vidadi Zeynalov – nazirliyin aparat rəhbəri

Bundan başqa, sabiq MTN …read more

From:: ANS