İran böyük inqilabın astanasındadır

Cənubi Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan şəhərlərində, həmçinin paytaxt Tehranda başlamış etirazlar İran rejimində ciddi islahatların başlanğıcı ola bilər.

ANS PRESS-in məlumatına görə, İran İslam Respublikasının dövlət televiziyasının “Fitileh” proqramında Azərbaycan türklərinin təhqir edilməsi ilə etiraz aksiyaları, yerləşdiyi ostandan asılı olmayaraq bütün şəhərlərdə, demək olar ki, eyni anda başladı. Bunu teokratik rejim dövründə İranda türk millətçiliyi əsasında ilk etiraz aksiyası adlandırmaq olar.

İndiyə kimi İranda rejimə əsas etiraz edənlər əsasən qeyri-şiə müsəlmanlar – kürdlər, giləklər, beluclar idi və şiə Azərbaycan türkləri teokratik rejimə nisbətən loyal yanaşırdılar. Bu isə rəsmi Tehrana Azərbaycan türklərinin təhsil və mədəni muxtariyyət hüquqlarını qulaq ardına vurmağa şərait yaradırdı. Halbuki, İranda islam inqilabının qələbəsindən dərhal sonra – 1979-cu ildə yeni hakimiyyət Azərbaycana və Kürdüstana muxtariyyət vəd etmişdi.

İranda Azərbaycan türklərinin yaşadığı ərazilər

Sonradan bu vədlər unuduldu. Yeni hakimiyyətdə Azərbaycan türklərinin geniş təmsil olunması sadə azərbaycanlıların təhsil və mədəni muxtariyyət hüququnu arxa plana atdı. Əslində isə, siyasi və hərbi hakimiyyətin yuxarılarında olan yüksək çinli türklər aysberqin görünən tərəfidir. Məmur nomenklaturası və orta səviyyəli zabitlər sadə azərbaycanlı vətəndaşlara və əsgərlərə qarşı ayrı-seçkilik siyasəti yürütməkdə davam edirdilər.

Ayrı-seçkilik fars əsilli siyasətçilər tərəfindən də müşahidə edilirdi. Məsələn, 1990-cı illərdə türk (Azərbaycan) dilinin ölkənin ikinci rəsmi dili olması ilə bağlı təklif irəli sürüləndə İran parlamentində çoxluq təşkil edən fars əsilli siyasətçilər buna səs vermədilər. Beləliklə, İslamın əsas prinsiplərindən biri – bütün qövmlərin Tanrı qarşısında bərabər olması prinsipi pozulmuşdu. Yəni İran siyasətçiləri fars dilinin türk dilində üstün olmasına qərar vermişdilər. Bununla da, İran əhalisinin 30 faizindən çoxunu təşkil edən türklərin məcburən farsca oxumasına, məhkəmə və rəsmi dairələrdə farsca danışması tələbi qoyulmuşdu. Hətta o vaxt İran prezidenti olmuş indiki ali dini lider Seyid Əli Xamneyinin milliyyətcə Azərbaycan türkü olması bu işdə yardımçı olmamışdı.

Artıq buz sındı və hadisələr həddindən kəskinləşdi. KİV-lər İranda polis və ordu hissələri ilə …read more

From:: ANS